Hissəli Ödəniş

Yeni və kiçik sahibkarlar üçün ödənişin hissə - hissə olunması haqqında şərtlər və qaydalar

Hissə - hissə ödəniş anlayışı

Azərbaycanın aparıcı texnologiya şirkəti olaraq 4Tech biznesə yeni başlayan sahibkarlar, kiçik sahibkarlıqla məşğul olan subyektlər eləcə də startup'lar üçün 4Tech-in məhsul, xidmətlərindən yararlana bilməsi üçün hissəli ödənişi təqdim edir.

Hissə - hissə ödəniş şərtləri

Hissə - hissə ödəniş təklifindən yararlanmaq üçün sahibkar və biznes subyekti və sifariş üçün aşağıdakı əsas şərtlər müəyyən olunmuşdur:
Hissəli ödənişlə bağlı müraciətlər 2023-cü ilin Yanvar ayından 4Tech tərkibində fəaliyyətə başlayan "4UP" komandası tərəfindən yoxlanılır. Müraciət təsdiqləndiyi halda təklif olunan hissəli ödənişin məbləği və hissəyə bölünəcək ayların limiti haqqında müraciətçiyə məlumat verilir.
Hissəli ödəniş zamanı xidmət və ya məhsul üçün hesablanan məbləğ təyin olunmuş aylara bölünür və ödəniş qrafiki müştəriyə təqdim olunur. Hissəli ödəniş əlavə kommissiya və ya faizlər ehtiva etmir və ümumi ödəniş məbləğinə heç bir təsir göstərmir.
Hissəli ödənişin şərtləri şirkət və sifarişçi arasında bağlanılan müqavilədə öz əksini tapır. Hissəli ödəniş prosedurunun bu saytda qeyd olunmayan tərəfləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Hissəli ödəniş müraciət qaydası

Sifarişçi 4Tech.az saytında yerləşdirilmiş və ya Client.4Tech.az'da olan şəxsi kabinetdə təklif olunan hər hansı bir xidmət və ya məhsulla maraqlanırsa hissəli ödəniş üçün müraciət edə bilər. Bunun üçün həmin məhsulu normal qaydada sifariş etməlidir. Ödəniş zamanı ümumi məbləğ 1000 AZN'dan çox olarsa müştəri hissəli ödənişin mümkünlüyünün yoxlanılması üçün sorğu göndərə bilər.